Moskvada spirtli içkidən kütləvi zəhərlənmə olub - Ölən var

moskvada-spirtli-ickiden-kutlevi-zeherlenme-olub
Oxunma sayı: 758

Rusiyanın paytaxtı Moskvada keyfiyyətsiz spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə polisə istinadən məlumat yayıb.  

“Səkkiz nəfər keyfiyyətsiz spirtli içkidən zəhərlənmə faktı ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən bir qadın artıq ölüb”,-deyə növbətçi zabit bildirib.

Qeyd edək ki, 2016-cı ilin dekabrında İrkutsk vilayətində oxşar hadisə baş verib. Həmin vaxt xəsarət alan 120 nəfərdən 76-sı dünyasını dəyişib.