Moskvada tibbi maskaya görə atışma - 2 ölü, 3 yaralı + Yenilənib

Moskvada tibbi maskaya görə atışma
Oxunma sayı: 2838

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində atışma baş verib.

“Qafqazinfo” “TASS” a istinadən xəbər verir ki, insident çoxfunksiyalı dövlət xidmətləri mərkəzində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılardan birinin uşaq olduğu deyilir.

Hadisəyə səbəb mühafizəçinin bir şəxsdən maska taxmasını tələb etməsi olub. Həmin şəxs isə silahını çıxararaq atəş açmağa başlayıb. Sözügedən şəxs saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, saxlanılan şəxs keçmiş hərbçidir.