Moskvada xəstəxanaya yerləşdirilənlərin cavabları açıqlandı

moskvada-xestexanaya-yerlesdirilenlerin-cavablari-aciqlandi
Oxunma sayı: 3953

Moskvada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən 24 nəfərin analiz nəticələri açıqlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticələr neqativ çıxıb. Bu haqda Moskvanın sosial inkişaf məsələləri üzrə icra müavini Anastasiya Rakova bildirib. Bundan başqa, İtaiyadan gələn 67 sərnişinin də analiz nəticələri neqativ çıxıb. Daha 2 nəfərin analiz cavabları isə hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, karantinə götürülən 24 nəfər İtaliyada koronavirusa yoluxmuş insanla  kontaktda olanlardır.