Moskvada yanan təyyarədə Azərbaycan vətəndaşları olub?

moskvada-yanan-teyyarede-azerbaycan-vetendaslari-olub
Oxunma sayı: 2317

“Şeremetyevo” Hava Limanında təyyarələrin birində baş vermiş dəhşətli yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetyevo” Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.