Moskvada yarım əsrlik rekord yenilənəcək - Sinoptiklərdən xəbərdarlıq

moskvada-yarim-esrlik-rekord-yenilenecek
Oxunma sayı: 1656

Sinoptiklər bu gün axşam saatlarında Rusiyanın paytaxtı Moskvada güclü tropik yağışların yağacağı ilə bağlı xəbərdarlıq ediblər.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu yağışlar yarım əsrlik rekordu təzələyə bilər. Paytaxt Moskvada bir neçə saata 30-40 millimetr yağışın yağacağı bildirilir ki, bu da aylıq normanın yarısı edir. 

Ukraynada isə tufan üçü uşaq olmaqla 4 nəfərin həyatına son qoyub. Onlar hamısı ildırım vurmasından ölüblər. 

Polşada isə qasırğa səbəbindən minlərlə insan işıqsız qalıb. Güclü külək evlərin damını uçurub, ağacları aşırıb. Altı nəfər xəsarət alıb. 

Almaniyanın paytaxtı Berlində isə güclü tufan nəqliyyatın hərəkətini iflic edib. Dəmir yolu xəttləri suyun altında qalıb. Yerli aeroportlar bir neçə reysi ləğv etməyə məcbur olublar. Şəhərdə fövqəladə rejim elan edilib.

***

Artıq qasırğaya görə Moskvada 16 reys gecikir, bir neçəsi isə Domodedova aeroportuna eniş edə bilmir.