Moskvada yaşayış binasında yanğın - Yaralananlar var

moskvada-yasayis-binasinda-yangin
Oxunma sayı: 708

Rusiyanın paytaxtı Moskva hündürmərtəbəli binada yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına əsasən 70 nəfər xilasedicilər tərəfindən binadan təxliyə olunub. Yanğın zamanı 9 nəfər xəsarət alıb. Yaralılar artıq xəstəxanalara yerləşdirilib. 

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, yanğına elektrik kabellərində baş verən qısaqapanma səbəb olub.