Moskvadakı “Bakı” kinoteatrı söküldü

moskvadaki-baki-kinoteatri-sokuldu
Oxunma sayı: 2374

Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.

"Qafqazinfo"nun "Report"a istinadən məlumata görə, kinoteatır 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.

2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda, Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.

Qeyd edək ki, 2014-cü ildə auksionda "Edisonenerqo" şirkətinə satılan "Bakı" kinoteatrı, 2017-ci ildə kinoteatrların yenidənqurma proqramına daxil edilib.