Moskvadakı yanğında ölənlərin sayı 5-ə çatdı - Video + Yenilənib

moskvadaki-yanginda-olenlerin-sayi-5-e-catdi
Oxunma sayı: 2834

Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın olub.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər ölüb. Yağın yaşayış olmayan ikimərtəbəli binanın 225 kvadratmetrlik ərazisində baş verib.

Binada oksigen balonları olduğu bildirilir. Onlardan 11-i binadan çıxarılıb. Partlayış təhlükəsinin qaldığı bildirilir.

***

Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Bu barədə TASS xəbər verir.

1 nəfərin xəsarət aldığı bildirilir.