Moskvadakı “Yerevan Plaza” yandı

moskvadaki-yerevan-plaza-yandi
Oxunma sayı: 1402

Moskvada “Yerevan Plaza” ticarət mərkəzində yanğın baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in Moskva üzrə mərkəzinin məlumatında bildirilir.

Məlumata görə, yanğın ticarət mərkəzinin binasında fəaliyyət göstərən restoranlardan birində baş verib.

Yanğının miqyası müəyyənləşdirilir, xəsarət alanlar barədə məlumat verilmir.