Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirildi - Fotolar

moskvadan-175-azerbaycan-vetendasi-bakiya-getirildi
Oxunma sayı: 2711

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.