Moskvadan İrəvana uçan təyyarə geri qayıtmalı oldu

moskvadan-irevana-ucan-teyyare-geri-qayitmali-oldu
Oxunma sayı: 8049

Moskva-İrəvan marşrutu ilə uçan təyyarə Jukovski hava limanına qayıdıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Xidmətindəki mənbə bildirib.

"Moskva-İrəvan reysi ilə uçan təyyarə əyləc sisteminin sensorunun nasazlığı səbəbindən Jukovski hava limanına qayıdıb", - mənbə qeyd edib. 

Onun sözlərinə görə, təyyarə normal rejimdə eniş edib.