Moskvadan Qəbələ və Gəncəyə uçuşlar təxirə salınıb

moskvadan-qebele-ve-genceye-ucuslar-texire-salinib
Oxunma sayı: 797

Martın 30-da Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Qəbələ və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, uçuşların “Ural Airlens” aviaşirkəti tərəfindən həyata keçirməsi gözlənilirdi.

“U6 2433” saylı Moskva-Qəbələ reysi aviaşirkətə məxsus “Airbus A320” təyyarəsi ilə, “U6 2411” saylı Moskva-Gəncə aviareysi isə “Airbus A321” təyyarəsi ilə baş tutmalı idi.

Azərbaycana olan uçuşların təxirə salınma səbəbi qeyd olunmasa da, Rusiyanın müxtəlif şəhərlərində qatı duman müşahidə olunduğundan onlarla aviareys təxirə salınıb.