Moskvadan sonra “Hoqqa” Almaniyada - Fotolar

moskvadan-sonra-hoqqa-almaniyada
Oxunma sayı: 1208

“Bir misal çəkmək istəyirəm. Çox vaxt deyirlər ki, film yaxşıdır, amma tamashacilar filmi beyenmedi..Film ya baxılır, ya da ki, baxılmır. Mən öz çəkildiyim filmə baxanda zövq almıramsa, tamaşaçı bunu heç bəyənməz. Mənim tecrubemde de də belə bir şey olub. Filmə çəkilmişəm, sonra gedib baxmışam, bəyənməmişəm”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa  qeyd edib ki, zəif filmləri belə güclü reklam xilas ede bilmir:

“Bir kino maraqlı deyilsə, əvvəl gedən 100 nəfər baxacaq.  Film yaxşıdırsa, 10 nəfər 100 min, pisdirsə 100 min 1 nəfərə bərabər olacaq.  Yaxşı ekran işi tamaşaçını öz tərəfinə çəkə bilir. Yaxşı deyəndə, baxımlı filmi nəzərdə tuturam. Düşünürəm ki, bu movsum “Hoqqa” aforizmləri ilə yadda qalan bir kinodur”. 

D. Əliyeva Almaniyanın iki şəhərində “Hoqqa”nın qalasının keçirildiyini söyləyib:

“Çəkildiyim “Hoqqa” xaricde təqdimatı olan ilk kommersiya filmi oldu. Filmin dəstəkçisi Avropa və Asiya film Dağıtım şirkətinin ( AFMEDIA) rəhbəri olan Əlfidan bizə təklif etdi ki,  Moskvadan sonra "Hoqqa”nı Almaniyanın Nürnberg şəhərində təqdim edək. Ora daha çox azərbaycanlıların və türklərin cəmləşdiyi bir şəhərdir. 

Təklifi qəbul etdik və çox sevindik. Kim istəməz ki, rol aldığı film müxtəlif ölkələrdə nümayiş olunsun? Layihə rəhbəri Oktay Əliyev, baş rol ifaçısı mən Dilarə Əliyeva, Vüsal Murtuzəliyev, ssenarist və baş prodüser Fariz Əliyev nümayişdə iştirak etdik. 

Çox isti bir münasibətlə qarşılandıq. “Hoqqa”ya orada tamam başqa cür baxdım. Tamaşaçılar filmdə olan zarafatları gülüş və alqışlarla qarşıladılar. Çox həssas tamaşaçılar idi. Filmdə bakının, bölgələrimizin görüntülərini görəndə kövrəlirdilər. Bu da onların vətən həsrəti çəkməklərindən xəbər verir.  Onu da deyim ki, hazırda Nürnbergdə film nümayiş etdirilir. 

Eyni zamanda Azərbaycan Evində “Alman Azərbaycan Ziyalılar Cəmiyəti”nin sədri Naibə Shirinova həmvətənlərimizlə görüş təşkil etdi. Gördüyümuz işdən qürur duyuram. İstəyirəm ki, daha çox insanın üzü gülsün”.

Əməkdar artist filmin Azərbaycanda 3 ay yayımlandığını bildirib:“Film Azərbaycanda 3 ay yayımlandı. Axır günə kimi ən aşağı seansı 7 olub. Gördüyümüz işdən çox razı qaldıq. Bu cür nəticə yaradıcı insanları daha da yeni işlər görməyə ruhlandırır. Tamaşaçılara təşəkkür edirəm ki, üç ay boyunca kinoteatrlara baş çəkib “Hoqqa”nı izlədilər. Növbəti qalanın İsveç,Türkiyə və Qazaxıstanda keçiriləcəyi gözlənilir”.