Moskvanın mərkəzində atışma oldu - Yenilənib

moskvanin-merkezinde-atisma-oldu
Oxunma sayı: 3616

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Plyuşşixa küçəsində atışma baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “RİA Novosti” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, vətəndaşlar arasında münaqişə baş verib, bu zaman iştirakçılardan biri tapança ilə digərinə  bir neçə dəfə atəş açıb.

Atəş açanın şəxsiyyəti müəyyən edilib. Hadisə ilə bağlı araşdırma başlanıb.

***

İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı xəbərə görə, hadisədə üç nəfər xəsarət alıb.

Hazırda hadisə ilə bağlı istintaqa hazırlıq işləri aparırlar.