Moskvanın mərkəzində atışma, yaralı var

moskvanin-merkezinde-atisma-yarali-var
Oxunma sayı: 4439

Moskvanın Bolşaya Qruzinskaya küçəsində silahlı insident baş verib. “Qafqazinfo” “Rosbalt.ru”ya istinadən bildirir ki, mübahisə piyada və minik avtomobilinin sürücüsü arasında yaşanıb.

Piyada avtomobilin sürücüsünə travmatik tapançadan atəş açıb, daha sonra gizlənib. Xəsarət alana tibb işçiləri yardım göstərib.  

Cinayətkar axtarışa verilib.