Moskvanın məşhur oteli satılır

Moskvanın məşhur oteli satılır
Oxunma sayı: 1716

Moskvada “Pekin” oteli elektron satışa çıxarılıb. 

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı açıq auksion keçiriləcək.

Hərraca otelin aksiyaları (100 faiz) çıxarılacaq. Lotun start qiyməti 5,67 milyard rubl dəyərində qiymətləndirilir.

Avqustun 29-u iştirakla bağlı ərizə qəbulunun son müddətidir. Auksion isə sentyabrın 2-də başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi