Moskvanın Praqaya cavabı gecikmədi

moskvanin-praqaya-cavabi-gecikmedi
Oxunma sayı: 5308

Praqa 18 rusiyalı diplomatın Çexiyadan çıxarılmasının nəticəsində onu nə gözlədiyini bilir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu kimi “fokuslardan” sonra nə baş verəcəyi Praqaya yaxşı məlumdur”, - o deyib.

Daha əvvəl Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri, həmçinin xarici işlər nazirinin vəzifələrini müvəqqəti icra edən Yan Qamaçek Çexiyanın Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən göndərəcəyini bildirmişdi.