“Moskvanın Suriyadakı bütün addımlarını dəstəkləmirik” - Ruhani

moskvanin-suriyadaki-butun-addimlarini-desteklemirik
Oxunma sayı: 1194

"Rusiya ilə İran arasındakı əməkdaşlıq o, demək deyil ki, Tehran Moskvanın Suriyadakı bütün addımlarını dəstəkləyir".

“Qafqazinfo”nun Report-a istinadən verdiyi xəbərə görə, bunu bu gün İran prezidenti Həsən Ruhani ölkədə akkreditasiya olunmuş xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

İran prezidenti qeyd edib ki, Tehran-Moskva münasibətləri hazırda yaxşı səviyyədədir və inkişaf edir, lakin rəsmi Tehran rusların Suriyadaki hər bir addımını müsbət qarşılamalı deyil.

Bununla belə, Ruhani qeyd edib ki, son razılaşmalar Suriya xalqının normal həyata qayıdması üçün bünövrə yarada bilər.

Xatırladaq ki, ABŞ və Rusiyanın arasında əldə edilən razılağa əsasən, fevralın 27-si Suriyada atəşkəs rejimi Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minib.