Moskvaya dron hücumu oldu - Fotolar

moskvaya-dron-hucumu-oldu
Oxunma sayı: 5160

Rusiyada pilotsuz uçuş aparatı qeydə alınaraq zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.

O bildirib ki, dron İstra şəhərindən Moskvaya hərəkət edirmiş. 

Hadisə ilə bağlı dağıntı və tələfat qeydə alınmayıb.

Qeyd edək ki, ötən ay Moskvaya dəfələrlə dron hücumu edilmişdi.