Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

moskvaya-ucan-teyyare-bakida-tecili-enis-etdi
Oxunma sayı: 1589

Heydərabaddan (Hindistan) Moskvaya uçan “Boeing” təyyarəsi ön dayaq şassisində problem yarandığına görə Azərbaycanın paytaxtında təcili eniş etməli olub.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

İnformasiyaya əsasən, fövqəladə hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb və hazırda texnikalar ona baxış keçirirlər.

Baş verən hadisə ilə bağlı digər informasiyalar dəqiqləşdirilir.