Moskvaya yenidən dron hücumu oldu

moskvaya-yeniden-dron-hucumu-oldu
Oxunma sayı: 5114

“Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram hesabında məlumat verib.

“Bu gün saat 11:00 radələrində (Bakı vaxtı ilə 12:00) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - deyə mer qeyd edib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib:

“Pilotsuz uçuş aparatı Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirilib”.

Qeyd edək ki, bir neçə gün öncə də Moskvaya dron hücumu edilmişdi.