“Mossad”a yeni rəhbər təyin edildi

mossada-yeni-rehber-teyin-edildi
Oxunma sayı: 2747

David Barnea İsrailin Xarici Kəşfiyyat Xidmətinin (“Mossad”) rəhbəri vəzifəsinə təyin edilib.

“Qafqazinfo” İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Binyamin Netanyahu bildirib.

56 yaşlı Barnea iyunun 1-də 38 illik xidmətdən sonra istefaya gedəcək “Mossad”ın hazırkı rəhbəri Yosi Koeni əvəz edəcək.

2019-cu ildən bu günədək o, “Mossad” rəhbərinin müavini vəzifəsini tuturdu.