Mosula hava hücumu - 27 ölü

mosula-hava-hucumu-
Oxunma sayı: 1030

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın Mosul şəhərinə hava zərbələri endirib.

Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücumlar nəticəsində 27 mülki vətəndaş həlak olub.

Məlumata görə, koalisiya qüvvələri İŞİD terrorçularına adi olduğu iddia olunan 10 avtomobili məhv edib.

Koalisiya qüvvələri sözügedən hücumla bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Mosul şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrın 17-dən başlayıb.