Mosuldan qaçanların sayı 1 milyona yaxınlaşır

mosuldan-qacanlarin-sayi-1-milyona-yaxinlasir
Oxunma sayı: 727

İraqın Mosul şəhərində davam edən əməliyyatlar səbəbindən 900 min sakin şəhəri tərk edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın miqrasiya işləri üzrə naziri Casim əl-Caf məlumat verib.

Onun sözlərinə görə, şəhərin şərqindən 176 min, qərbindən isə 724 min sakin öz evlərindən didərgin düşüb.

Qeyd edək ki, 19 fevraldan etibarən Mosulun qərbinin İŞİD-dən azad edilməsi üçün əməliyyatlar davam edir.

Şəhərin şərq hissəsi isə ötən ilin 17 oktyabrında başlayıb bu il 24 yanvarında bitən əməliyyatlar nəticəsində terrorçulardan tamamilə təmizlənib.