Motoatıcı taborun səhra təlimi bitdi

motoatici-taborun-sehra-telimi-bitdi
Oxunma sayı: 649

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, səhra təlimində Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri iştirak edib.
 
Taborun qiymətləndirilməsini çoxmillətli qiymətləndirmə heyəti keçirib və NATO-nun Quru Qoşunları Komandanlığının müşahidəçiləri tərəfindən izlənilib.