Motosiklet kanala aşdı, sürücü öldü

motosiklet-kanala-asdi-surucu-oldu
Oxunma sayı: 1465

İmişlidə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, İmişli rayon Qaralar kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlu idarə etdiyi motosiklet ilə kənd ərazisində hərəkətdə olan zaman idarəetməni itirib və  kanala aşırdıb.

Nəticədə sürücü V.Məmmədov hadisə yerində ölüb, sərnişin 1983-cü il təvəllüdlü Səmidxanov Qəqəni Miri oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli