Balakəndə motosiklet kanala düşüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib.
Nəticədə biri ağır olmaqla iki nəfər xəsarət alıb.
Zaqatala rayon Danaçı kənd sakininin idarə etdiyi motosiklet sərt döngədə idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb.
Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin, Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər