İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Oruclu kənd sakini 1986-cı il təvəllüdlü Rzayev Orxan Bəylər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə İmişli sakini, 1955-ci il təvəllüdlü Zeynalov Əlibala Ağabala oğlunun idarə etdiyi motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər