Motosiklet sürücüsü qəzada ölüb

motosiklet-surucusu-qezada-olub
Oxunma sayı: 1177

Masallı rayonu ərazisində motosiklet minik avtomobili ilə toqquşub.

"Qafqazinfo" xəbər verir ki, qəza rayonun Xırmandalı kəndi ərazisində baş verib.

1958-ci il təvəllüdlü Hüseyn Əli oğlu Səfərovun idarə etdiyi motosikletlə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Qəzada ağır kəllə-beyin travması alan H.Səfərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Sahbazov