Motosikletli kamikadze partlayış törətdi - Ölən və yaralananlar var

motosikletli-kamikadze-partlayis-toretdi
Oxunma sayı: 1057

Suriyanın İdlib və Cərablus şəhərlərində iki partlayış baş verib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Cərablusda motosikletli kamikadzenin törətdiyi teraktda 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

İdlibin Eriha qəsəbəsində isə bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.