Mourinyo “El Klassiko”da tarixə düşmək istəyir

mourinyo-el-klassikoda-tarixe-dusmek-isteyir
Oxunma sayı: 641

“Santiaqo Bernabeu” stadionunda “Real” əzəli rəqibi “Barselona” ilə qarşılaşacaq.
Komandalar indiyə kimi rəsmi görüşlərdə 215 dəfə üz-üzə gəlib. Bu oyunlardan 86-da “Real”, 84-də isə “Barselona” qələbə qazanıb. 45 görüş “sülh”lə başa çatıb. Madridlilərin 361 qoluna katalonlar 347 topla cavab verib. Bu oyunlardan 162-si İspaniya çempionatında baş tutub ki, burada da “kral klubu”nun üstünlüyü var. 68 qələbə qazanıb 31 heç-heçə edən “Real” 63 dəfə məğlub olub. Topların fərqi də “Real”ın xeyrinədir - 263-252. “El Klassiko”nun bombardiri argentinalı Alfredo di Stefanodur. O, bu qarşılaşmalarda 18 dəfə fərqlənib. Siyahının üst pillələrində hazırda karyerasını davam etdirən futbolçulardan yalnız Lionel Messi qərarlaşıb ki, onun hesabında 13 top var.

Madridlilərin baş məşqçisi Joze Mourinyo bugünkü oyunda qələbə qazanacaqları halda “Real”ın tarixinə düşəcək. Portuqaliyalı mütəxəssis “kral klubu”nun tarixində ən uzun qələbə seriyasına imza atacaq (16 oyun).

Bugünkü qarşılaşmada komandaların meydana aşağıdakı heyətlərlə çıxacağı gözlənilir:
“Real”: Kasilyas, Marselo, Ramos, Pepe, Arbeloa, Xabi Alonso, Kedira, Ronaldo, Özil, Di Mariya, Benzema.

“Barselona”: Valdes, Abidal, Pike, Puyol, Dani Alves, Xavi, Buskets, İnyesta, Sançes, Vilya, Messi.

Oyun Bakı vaxtı ilə saat 01:00-da başlanacaq.

Ceyhun Əhmədov