Mourinyo həmkarını təhqir etdi

mourinyo-hemkarini-tehqir-etdi
Oxunma sayı: 1116

“Çelsi”nin portuqaliyalı baş məşqçisi Joze Mourinyo “Everton”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra gərginlik yaradıb.

“Qafqazinfo” xəbər verir ki, o, matçdan sonra meydan sahibi komandanın çalışdırıcısı Roberto Martinesin ilk olaraq mətbuat konfransına girməsinə əsəbləşib.
Konfransdan sonra Martinesə yaxınlaşan Mourinyo ona “növbəti dəfə mətbuat konfransını ilk keçirsən, xəbər elə. Çünki biz Londona qayıtmaq üçün səni gözləməliyik” deyib. Hətta portuqaliyalının həmkarını təqhir etdiyi də İngiltərə mətbuatında yer alıb.