Mourinyo Türkiyəyə Terimin fotosunu paylaşaraq dəstək oldu

mourinyo-turkiyeye-terimin-fotosunu-paylasaraq-destek-oldu
Oxunma sayı: 2878

İtaliyanın Roma komandasının baş məşqçisi Joze Mourinyo Türkiyədə baş verən zəlzələ ilə əlaqədar həmrəylik mesajı yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, Mourinyo bu haqda instaqram hesabında paylaşım edib.

“Qalatasaray”ın və A Milli Futbol Komandasının sabiq çalışdırıcısı Fatih Terimlə çəkdirdiyi fotosunu sosial media hesabında paylaşan 59 yaşlı portuqaliyalı məşqçi fotoya, “Türkiyəli və suriyalı dostlarımı qucaqlayıram”,- sözlərini yazıb.