Mourinyo yeni müqavilə imzaladı - 2020-ci ilə kimi

mourinyo-yeni-muqavile-imzaladi
Oxunma sayı: 1158

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo müqaviləsini 1 il daha uzadıb.

“Qafqazinfo” xəbər verir ki, yeni müqavilə 2020-ci ilə kimi qüvvədə olacaq.

O, imza mərasimində sonra özünü qürurlu hiss etdiyini deyib:

“Mənə güvəndikləri üçün klub rəhbərliyinə təşəkkür edirəm. Bu klub üçün doğru məşqçi olduğumu sübut edəcəyəm”.

Qeyd edək ki, 2016-ci ilə “Mançester Yunayted”ə keçən Mourinyonun müqaviləsi 2019-cu ildə bitəcəkdi. O, Mançester təmsilçisinə Avropa Liqası, İngiltərə Liqa Kuboku və Superkuboku qazandırıb.