Portuqaliyalı baş məşqçi Joze Mourinyo Çin Super Liqasında çıxış edən klubdan aldığı təklifdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi açıqlamasında Çindən astronomik rəqəmlərlə gələn təkliflərdən danışıb.
“Danışıq apardığınız futbolçuya siz illik 5 milyon, onlar isə 25 təklif edəndə problem yaranır. O, 5 milyonu qəbul edərək futbolu seçə yaxud da 25 milyon pula üstünlük verə bilər. Hazırda Çindən gələn böyük bir təklifi geri çevirdim, amma bunu qəbul edən heç kimi də tənqid etmirəm”,-deyə bildirib.
Bundan əlavə Mourinyo 30-31 yaşlı futbolçuların Çindən gələn təklifi qəbul etmələrini anladığını, ancaq gənc oyunçuların belə addım atmasını alqışlamadığı da vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər