"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun mətbuat konfransında maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran baş məşqçi telefona da cavab verib.
Belə ki, jurnalistlərdən biri baş məşqçinin səsini yazmaq üçün stolun üzərinə diktofon yerinə telefon qoyub. Həmin telefona gələn zəngə Mourinyonun cavab verməsi konfransda gülüşə səbəb olub. O, üzünü jurnalistlərə tutaraq "talkSPORT"dan zəng ediblər" deyərək telefonu sahibinə verib.
Son xəbərlər
Son Xəbərlər