Mourinyonun yeni klubu açıqlandı

mourinyonun-yeni-klubu-aciqlandi
Oxunma sayı: 4894

Bir neçə gün əvvəl “Roma”nın istefaya göndərdiyi Joze Mourinyonun yeni klubu müəyyənləşmək üzrədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu ilə razılaşıb.

Mənbənin məlumatına görə, Mourinyo müqavilənin şərtlərini razılaşdırmaq üçün tezliklə Ər-Riyada gedəcək.

Qeyd edək ki, “Əl-Şabab” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci yerdədir.