Mourinyonun yeni klubunun adı açıqlandı

mourinyonun-yeni-klubunun-adi-aciqlandi
Oxunma sayı: 2073

Portuqaliyalı Joze Mourinyo İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi təyin olunub.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu xəbəri komandanın keçmiş müdafiəçisi Rio Ferdinand Feysbuk hesabında təsdiqləyib.

“Mourinyonu dünyanın ən böyük komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edirəm”, - deyə R. Ferdinand yazıb.

O, Tvitter hesabında isə J. Mourinyo ilə şəklini paylaşıb.

Xatırladaq ki, Joze Mourinyo müvəffəqiyyətsiz nəticələrinə görə 2015-ci ilin dekabrında “Çelsi” klubundan istefaya göndərilib.