“Eyni zamanda, biz peyk imkanlarımızdan da istifadə etməliyik. Mən bilirəm ki, “Azərkosmos” da bu işlərə cəlb edilib. Mütləq müntəzəm olaraq həm müşahidə aparılmalıdır, eyni zamanda, mövcud problemlər artıq peyk vasitəsilə müəyyən edilməlidir. Bu işlər də müntəzəm olaraq aparılmalıdır”.
"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda keçirilən müşavirə zamanı deyib.
“Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik. İndi komissiya bu məsələ ilə məşğul olsun və eyni zamanda, biz gərək sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici addımlar atılmalıdır ki, onlar bu müasir texnologiyalara daha da yaxından cəlb olunsunlar. Ola bilər güzəştli kreditlər, yaxud da ki, hansısa imtiyazlar xətti ilə ki təkcə dövlət öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini həll edəcəyik. Amma bu, sahibkarların özləri üçün də bir motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər.
Burada, əlbəttə, maarifləndirmə işi aparılmalı, təqdimatlar keçirilməlidir, sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan istifadə edəcəklərsə, onda dövlətin güzəştləri nə olacaq və deməli, məhsuldarlıq nə qədər artacaq".
Son xəbərlər
Son Xəbərlər