“Mövcud vəziyyətə görə sənədlər onlayn qəbul ediləcək”

movcud-veziyyete-gore-senedler-onlayn-qebul-edilecek
Oxunma sayı: 2518

2020/2021-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul olunanların sənədləri onlayn formada qəbul ediləcək. Bununla bağlı Nazirliyi müvafiq olaraq universitetlərə qəbul olunanların qeydiyyat məsələsinin təşkil olunması ilə bağlı məktub ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli  məlumat verib.

Belə ki, koronovirus infeksiyası ilə bağlı ölkəmizdə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat prosesi onlayn formada keçiriləcək. Qəbul olunan şəxslər 2020-ci il iyulun 6-dan 15-dək tələb olunan sənədləri  Avrasiya Universitetinin  [email protected]  e-mail ünvanına göndərə bilərlər. Sənədlər skan və ya mobil telofonla effekli çəkilmiş formada göndərilə bilər.