“Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin işləri ilə bağlı istintaq davam etdirilir, təqsiri olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması da təmin olunacaq”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ““Mover” və “Camex” MMC-nin rəhbərlərinin rüşvət verdiyi üçün həbsi gözlənilirmi?” sualına cavabı zamanı deyib.
O, qeyd edib ki, istintaq yekunlaşan zaman bu barədə mətbuata açıqlama veriləcək.
Kamran Əliyev əlavə edib ki, Bakı Lift İdarəsi ilə bağlı araşdırma davam edir. Maliyyə Nazirliyi də orada araşdırma aparır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər