“Mövlanadan barış və sevgi damlaları” layihəsi - Foto

movlanadan-baris-ve-sevgi-damlalari-layihesi
Oxunma sayı: 1435

Türkiyə Cümhuriyyəti Başnazirliyində Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində maliyyələşdirilən Afyonkarahisar İcra Hakimiyyəti tərəfindən koordinasiya edilən, Azərbaycan Respublikası Gəncə Dövlət Universiteti, Afyonkarahisar Bələdiyyəsi, Ərazi Milli Təhsil Müdirliyi və “Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi”nin layihə ortaqlığı ilə “Mövlanadan Barış və Sevgi Damlaları” adlı layihə həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, layihə zamanı Gəncə Dövlət Universitetini dörd müəllim-qrup başçısı İnformatika kafedrasının baş müəllimi Vasif Həsənov olmaqla, İnformatika kafedrasının dosenti Gülmira Verdiyeva, İKT şöbəsinin müdiri Asif Həsənov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və universitetin bütün fakültələrindən seçilmiş 16 tələbə təmsil edib.

Əməkdaşlarımız Mövlana Cəlaləddin Rumi Həzrətlərinin məzarı yerləşən abidəni, Çarşıpazarını, İcra Hakimiyyəti binasını, Səlcuqlu hökmdarı Alaaddin Keykubadın adını daşıyan Alaaddin təpəsini, Səlcuqlu sarayının günümüzə gəlib çatan hissəsini, Köhnə rəsədxananı, Zəfər meydanını, Selimiye məscidini, Şəms-i Təbrizi türbəsini, Meram küçəsini gəzdikdən sonra Konya Səlcuq Universitetini ziyarət edibş, İqtisadiyyat və idarəetmə fakültəsinə dəvət olunublar.

Görüş zamanı Afyonkarahisar şəhər İcra başçısı Hakan Yusuf Güner qeyd edib ki, “Mövlana və Mövləvilik mədəniyyəti dünyaya aid olan bənzərsiz dəyərlərimizdən biridir.