“Mövsüm sonunda “Neftçi”yə qayıdacam”- - Ruslan Qurbanov

movsum-sonunda-neftciye-qayidacam-
Oxunma sayı: 843


- Xorvatiya klubunda işlərin necə gedir?

- Hər şey yaxşıdır. Mənə qarşı münasibət əladır.  Hər kəs burada məni yaxşı qəbul edir və doğma münasibət göstərir.

Zədəniz necədir? Nə zaman meydana çıxa biləcəksiz?

- Hazırda özümü yaxşı hiss edirəm. Demək olar ki, zədəmi bərpa etmişəm. Mayın 9-da oyunumuz olacaq. Həmin matça hazırlaşırıq. İnanıram ki, qarşıdakı oyuna tam hazır olacam və komandama  kömək edəcəm. 

- Zədəli olduğunuz müddətdə millimizin baş məşqçisi Robert Prosineçki sizinlə əlaqə saxladı?

- Yox, Xorvatiyada olduğum vaxt əlaqə saxlamamışdı. Amma bu gün (dünən) onunla danışdım. Bilir ki, hazırda vəziyyətim necədir və zədəmi tam sağaltmaq üzrəyəm. 

- Mövsüm sona yaxınlaşır və müqavilə ilə siz “Neftçi”yə məxsussunuz. Xorvatiyada qalacaqsınız, yoxsa Azərbaycana dönmək ehtimalınız da var?

- Mövsümün sonunda “Neftçi”yə qayıdacam. Çünki müqavilə ilə bu kluba məxsusam. Həm də “Hayduk”un məni növbəti mövsüm heyətində görmək istəyib-istəmədiyini bilmirəm. İstəsə belə, son qərarı “Neftçi” verəcək. Özüm də Bakıya döndükdən sonra bu barədə düşünməliyəm. Detalları fikirləşib qərar verəcəm.

- Növbəti ayda millimizin iki oyunu var. Robert Prosineçkidən dəvət gözləyirsiniz? Ola bilərmi ki, zədədən yeni döndüyünüzə görə o sizi heyətə dəvət etməsin?

- Mən təbii ki, dəvət gözləyirəm. Azərbaycan yığmasının heyətində meydana çıxmaq şərəfdir. İnanıram ki, yenidən o formanı geymək şansı qazanacam. Növbəti oyunlarda da azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. 

- Yoldaşlıq görüşündə Serbiya yığması ilə üz-üzə gələcəyik. Bu rəqibi necə dəyərləndirirsiz?

- Çox güclü rəqibdir və bu bizim xeyrimizə olacaq. Belə oyunlarda bizim də güclü və zəif keyfiyyətlərimiz üzə çıxacaq. Bundan sonra Norveç millisini daha yaxından tanımaq üçün çalışacağıq. Yalnız qələbə qazanmaq üçün meydanda olacağıq. Məğlubiyyəti qəti düşünmürük.

- Malta ilə oyunda qazandığınız nəticəni Norveçlə matçda əldə edə biləcəksiz?

- Norveç güclü komandadır. Onların meydanında bizə heç də asan olmayacaq. Amma 3 xal üçün meydanda hər şeyi edəcəyik.

Elsevər