“Mövsümü bitmiş hesab etmək olar”- - Əmirquliyev

movsumu-bitmis-hesab-etmek-olar-
Oxunma sayı: 798


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib. 

O, dünən Azərbaycan kubokunun ¼ final mərhələsində baş tutan “İnter”lə oyun haqqında danışıb. Əmirquliyev 0:2 hesabı ilə uduzduqları matç haqqında bunları deyib: “ Biz onlardan zəif oynamadıq. Sadəcə, onlar qol vəziyyətlərindən yararlana bildilər, biz isə yox. Növbəti mərhələyə şansımız tamamilə itməyib. Ümid edirəm ki, yaxşı olar. Çempionatda iddiamız yoxdur. Kuboku da əldən versək, o zaman mövsümü “Xəzər Lənkəran” üçün bitmiş hesab etmək olar. Amma mübarizə aparacağıq”.