“Qafqazinfo”nun məlumatına görə, yarışın martın 13-də keçirilən ilk mərhələsində 2-ci yeri tutan Markus Eybeger bu günkü dağ mərhələsində hamı üçün əlçatmaz olub. O, əla komanda işinin nəticəsi olaraq ən yaxın izləyicisini 6 saniyə qabaqlamaqla 157 km məsafəni birinci başa vurub – 3 saat, 43 dəqiqə, 24 saniyə. Bu, “Synergy Baku”nun 2015-ci ildə ilk mərhələ qalibiyyəti kimi əlamətdar olub.
Ardıcıl 2 mərhələdə fəxri kürsüyə yüksəlməsi Markus Eybegerə ümumi təsnifatda liderliyi ələ keçirməyə imkan verib. Komandamızın üzvü hazırda ən yaxın izləyicisi, Rusiyanın “İtera-Katyuşa” kollektivinin velosipedçisi Sergey Nikolayevi 8 saniyə qabaqlayır. Martın 15-də keçiriləcək 156 km-dən ibarət sonuncu mərhələdə uğurlu çıxış Eybegerə yarışın lider köynəyini qazanmağa imkan verəcək.
Son xəbərlər
Son Xəbərlər