Mövsümün ilk turunun “Ən”ləri - Video

movsumun-ilk-turunun-enleri
Oxunma sayı: 832

Topaz Premyer Liqasında yeni mövsüm start götürdü. Turun ilk matçında qapılara 13 qol vuruldu.

“Qafqazinfo” sizə ilk həftənin ən yaddaqalan anları və futbolçularını təqdim edir: 

Ən yaxşı futbolçu: Şübhəsiz ki, turun ən yaxşısı komandasına turun mərkəzi görüşündə qələbə qazandıran Mahir Mədətovdur. Onun aktivində iki qol, bir assist var. Başqa sözlə, Mahir “Qarabağ”ın bütün qollarında iştirak edib. Ən yaxşı seyv nominasiyasında mübarizə elə də gərgin deyil. Stiven Jozef Monrozun zərbəsinə möhtəşəm sıçrayışla reaksiya verən Orxan Sadıqlı həftənin seyvinin müəllifi olub. 

Ən yaxşı reyd: Turun ən yaxşı reydini Cavid Hüseynov “Qəbələ”- “İnter” matçında etdi. Uzun məsafəni topla qət edən yarımmüdafiəçi “yolüstü” qarşısına çıxan müdafiəçiləri də "təmizlədi". Ən yaxşı qol: Bu nominasiya üzrə də yarış o qədər gərgin deyil. Cavid İmamverdiyevin qolu təkcə turun deyil, mövsümün ən yaxşıları sırasına da düşə bilər. Həftənin maraqlı anı: Şahin Diniyev və Amil Yunanov arasında “ağsaqqal-kiçik” dialoqu bu istiqamətdə ən maraqlısıdır. Simulyasiya cəhdi ilə vaxt qazanmağa çalışan Yunanova Diniyevin nə dediyini təxmin etmək elə də çətin deyil.