Bu gün Topaz Premyer Liqasında 2015/2016-cı il mövsümünə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, 36-cı turu keçiriləcək çempionatda 1 neçə vacib qarşılaşma var.
3-cü pillə uğrunda mübarizə aparan “Kəpəz” və “Qəbələ” Gəncədə üz-üzə gələcək. “İnter”də bürünc medallara iddia edir. Bunun üçün “bankirlər” evdə “Zirə”ni məğlub etməlidir.
Turun ən vacib qarşılaşması “Bayıl Arena”da olacaq. Çempionatda qalmaq uğrunda mübarizə aparan 2 komanda “Rəvan” və “Xəzər Lənkəran” burada üz-üzə gələcəklər.
Həmçinin çempionatın qalibi “Qarabağ” evdə AZAL-ı qəbul edəcək. Bu qarşılaşmadan sonra Qurban Qurbanovun komandası medallarına və kubokuna qovuşacaq.
Topaz Premyer Liqası
XXXVI tur
20 may (cümə)
17:00. “Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-İnspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”
17:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
17:00. “İnter” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
“İnter Arena”
19:00. “Qarabağ” – AZAL
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi : Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı qəsəbə stadionu
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi : Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Son xəbərlər
Son Xəbərlər