“MS oil”in keçirdiyi “Şanslı oil” lotereyasının qaliblərinə avtomobillər təqdim olundu

ms-oilin-kecirdiyi-sansli-oil-lotereyasinin-qaliblerine-avtomobiller-teqdim-olundu
Oxunma sayı: 1271

“MSDIS Holding”in tərkibində olan “MS Oil” yanacaqdoldurma məntəqələrinin 15 avqust – 15 dekabr tarixlərində keçirdiyi “Şanslı oil” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub. Qalib 200 kuponun sahiblərinə 100 ədəd 20 AZN, 40 ədəd 50 AZN, 20 ədəd 100 AZN dəyərində “MS Oil” hədiyyə kartları, 12 ədəd televizor, 12 ədəd paltaryuyan, 12 ədəd smartfon, 2 ədəd kvadrosikl və super uduşlar 2 ədəd “Khazar” avtomobili təqdim olunub.

Bu gün “MSDIS Holding”in baş ofisində holdingin direktoru Mirfəyyaz Nağıyev və şirkət əməkdaşlarının iştirak etdiyi tədbirdə super uduşlar əldə edən Rafiq Yüzbaşov və Eyyub İqdə ilə görüş keçirilib və onlara “Khazar” markalı avtomobillərin açarları çatdırılıb.

“MS Oil” YDM-lərin müştəriləri olan qaliblər bu mükafatın onların həyatında vacib rol oynadığını bildirib, canlı yayımda lotereyanın uduş fondundan "Khazar" qazanan kuponun özlərinə aid kuponun olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu söyləyiblər. Ailələrinə yaşadılan bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, 15 avqust – 15 dekabr tarixlərində keçirilən “Şanslı oil” lotereyasının şərtlərinə əsasən 25 AZN dəyərində yanacaq dolduran hər müştəriyə bir bilet verilib. Ümumilikdə 122357 biletin iştirak etdiyi final tiraj “Space TV”də canlı yayımlanıb və 200 hədiyyə qalibini tapıb.

Qaliblərin tam siyahısına buradan baxa bilərsiniz! (Link: https://bit.ly/3IS5ibo )

Xatırladaq ki, “MS Oil” yanacaqdoldurma məntəqələri cari ilin fevral ayının 1-dən yanacaqdoldurma bazarına girib və artıq Bakı və regionlarda 12 YDM ilə müştərilərin xidmətindədir.

“MS Oil” – Yolunuzun üstündə!