MSK 220-dən çox videonu araşdırır

msk-220-den-cox-videonu-arasdirir
Oxunma sayı: 2374

Mərkəzi Seçki Komisisyasının bugünkü iclasında sosial şəbəkələrdə seçki prosesi zamanı çəkilən və pozuntu olduğu iddia edilən videogörüntülərlə bağlı müzakirə aparılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, MSK sədri Məzahir Pənahov bildirib ki, təxminən 30 dairə üzrə 220-dən artıq videogörüntü əldə edilib və araşdırılır. 

"Onların bəziləri sosial şəbəkələrdə paylaşılıb, bəziləri birbaşa bizə daxil olanlardır. Kifayət qədər yaxşı mütəxəssislər bu görüntüləri araşdırır", - deyə o, qeyd edib.