MSK 29 saylı dairə ilə bağlı şikayəti təmin etmədi

msk-29-sayli-daire-ile-bagli-sikayeti-temin-etmedi
Oxunma sayı: 948

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. Qeydə alınmış namizəd Fərəc Kərimov müraciətində DSK-nın qərarının ləğv edilməsini istəyib. Onun göndərdiyi 1 ədəd diskə baxılıb və pozuntu aşkar edilməyib. Araşdırma zamanı yenilik olaraq sadəcə müəyyən edilib ki, 13 nömrəli məntəqədə 5 il öncəki seçici siyahısından istifadə edilib.

MSK namizədin şikayətini təmin etməyib.

Günel Türksoy